Əhbar saytının verdiyi xəbərinə görə, Səudiyyə Ərəbistanında yeni texnologiyalarla təchiz edilmiş və xüsusi şüşə günbəzi olan Kral Abdullah Maliyyə Mərkəzi məscidinin videosu sosial media istifadəçilərinin böyük marağına səbəb olub.
Məscidin xüsusi şüşə qapıları unikaldır və onun böyük həyətində heyranedici əzəmətə malik hündür şüşəli günbəz var.
Bu müasir məsciddə ayaqqabı saxlamaq üçün elektron çəkməcələr də var.
Gündüz günəş işığından bəhrələnmək, gecələr isə ulduzları görmək imkanı verən bu quruluşun günbəzi xüsusi beton və şüşə konstruksiyalardan istifadə edilərək fərqli şəkildə dizayn edilib.
Bəzi istifadəçilər məscid tikintisinin baha olmasını tənqid edərək, bunu israfçılıq hesab ediblər. Bəziləri bu məscidin Almaniyada məscid olduğunu düşünərkən, bir çoxları bu məscidin Ər-Riyadda Kral Abdullahın maliyyə mərkəzində yerləşdiyini bildirib.
4230876